İndi deyəcəksiz, axı, necə olur sən iqtisadiyyatı seçirsən, ancaq, bu, sonradan “biznes informatikası”na çevrilir?! Mən əvvəllər bunu hətta cinayət hesab eləyirdim. Sonradan bu fikrimi dəyişdim. Buna 2 səbəb var idi. Azərbaycan reallığını qəbul edib, özümün də bunu dəyişəcək iqtidarda olmaması və daha sonra “biznes informatikası” ixtisasının daha gələcək yönümlü olub və perspektiv vəd etməsi. Bu qənaətə elə ilk ildəcə gəlmişdim. ...