Evdə qaldığınız günlərdə dünyanın bir çox muzeylərinin təşkil etdiyi pulsuz virtual turlara qoşula bilərsiniz.
Evdə qaldığınız günlərdə dünyanın bir çox muzeylərinin təşkil etdiyi pulsuz virtual turlara qoşula bilərsiniz.
Cari vəziyyətə görə insanların əksəriyyətinin sevimli muzeyləri və incəsənət qaleriyaları qapılarını qonaqlara bağlasa da pulsuz virtual turlarla onları öz sərgilərinə dəvət edirlər. Texnologiya “canavarları” öz istedadlarından istifadə edərək bir çox muzeylər üçün unikal virtual turlar yaradıblar. Bir çox muzeyin nəhəng onlayn arxivləri onlara bu işdə kömək olub. Beləliklə, çay, qəhvənizi götürüb evdə rahat divanınızdan aşağıdakı muzeylərə gəzişə bilərsiniz.
“Britaniya Muzeyi”, London
Bu muzey 1759-cu ildə açılanda öz növündə dünyanın ilk muzeyi idi. Təşkil etdikləri virtual tur mükəmməldir. Təsəvvür edin ki, dünya tarixini gitara simləri üstündə səyahət edirsiniz.
“Petra”, İordaniya
İordaniyadakı Qədim Petra şəhəri dünyanın ən dəyərli arxeoloji ərazilərindən biridir. “Gül Şəhər” olaraq tanınan bu ərazidəki hər xanə, məzar və məqbərə çox ciddi dəqiqliklə qayaların ovulmasından yaradılıb. Qayaların canlı görünən çəhrayı, qırmızı rəngi bu şəhərə “Gül Şəhər” deyilməsinə səbəb olub.
“Google” bu uçurum qayalar arasında hər sənət əsərilə yaxından tanış ola biləcəyiniz virtual tur yaradıb. Eyni zamanda virtual bələdçi vasitəsilə əsrarəngiz şəhər haqqında çox maraqlı məlumatlar ala bilərsiniz.
“Bitmiş Münasibətlər Muzeyi” Zaqreb və Los Anceles
Ayrılmış cütlüklər üçün biraz kədərli ola bilər ancaq hamıya nostalji hisslər yaşadacaq bir turdur. İçəridə sərgilənən əşyalar və onların tarixçəsi insanı lap düşüncələrə aparır və bəzən vaxtı dayandırma gücünü arzulatdırır.
“Milli Viktoriya Qaleriyası” Melburn
Əksər muzeylər kimi bu Avstraliyanın Melburn şəhərində yerləşən Viktoriya qaleriyası öz qapılarını bağlayıb ancaq təşkil etdikləri pulsuz virtual turla öz sevənlərini tək qoymurlar.
“Pikasso Muzeyi” Barselona
Barselonanın orta əsrlərə aid arxitekturasının sərgiləndiyi muzey 360 dərəcəli və bələdçili virtual tur təklif edir.
“Tissen-Bornemisza Muzeyi” Madrid
Madridin ən təm təraqlı muzeyləri də bu estafetə qoşulub pulsuz virtual turlarla onları görmək istəyən bütün dünya vətəndaşlarına dəstək olurlar.
“Çikaqo İncəsənət Universiteti” Çikaqo
Şəhri-Çikaqonun dəbdəbəli incəsənət universiteti də qonşudan qalma dala prinsipiylə hərəkət eləyib və açıq virtual turlar təşkil etməyə başlayıblar.
“Benaki Muzeyi” Afina
Qədim Yunan mədəniyyətinin incilərini görmək üçün Benaki Muzeyində gəzintiyə çıxa bilərsiniz.
“Milli Saray Muzeyi” Taypey
Tayvanın “Milli Saray Muzeyi”ndə neolit dövründən müasir dovrə qədər Çin mədəniyyətindən sənətkarlıq nümunələri görə bilərsiniz.
“Müasir İncəsənət Muzeyi” Nyu-York
Müasir İncəsənət Muzeyində sərgilənən 129 sənət nümunəsi ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
Ümumiyyətlə, Google tərəfindən təklif olunan “Google və İncəsənət” layihəsi ilə bir çox muzeyləri virtual ziyarət edə bilərsiniz.