Evlənmə təklifinin qısa tarixi.
Diz üstə çökmək və ömürlük təklif.
Nişan üzüklərinin hekayəsi necə başlayıb? “Uzun” il təklifinin tarixi nəyə əsaslanır? Kişilər gələcək həyat yoldaşları üçün onların atasından nə vaxtdan icazə almağa başlayıb? Niyə evlənmə təklifi diz üstünə çökərək edilir? Tarixşünas Emili Brend evlilik hadisəsinin illər boyu necə inkişaf etdiyini izah edir.
İnsanların həyat boyu ən vacib məqamlarından olan nişan anının və evlilik təklifinin müasir dövrdə sosial mediada böyük həvəslə paylaşılmasına rəğmən, bu hadisə uzun illər boyu əslində gizli saxlanılması uyğun görülənlər arasında olub.
Nişan üzüklərindən nə vaxt istifadə etməyə başlamışıq?
Nişan üzüklərinin çox uzun tarixi var. Qadına qızıl üzük vermək Qədim Romada evlilik üçün söz vermək mənasını verir və gəlinin bu üzüyü ictimai yerlərdə taxması gözlənilirmiş.
Evlilik təklifi təcrübəsi hətta kişilər tərəfdən çox ciddi qəbul olunmasa da orta əsrlərdə də geniş yayılmışdı. 13-cü əsrdə kilsə, kişilərin qadınlara elədiyi evlilik təkliflərini onlarla evlənmədən cinsi münasibətdə olma məqsədilə etməsinlər deyə qərarlar qəbul etmişdi. Bu dini qadağalar qanuni olaraq kişilərin nişanlandığı ya da evlənəcəklərini dedikləri qadınları tərk edəcəkləri təqdirdə cəzalandırılacaqları müddətə qədər davam etdi.
Almaz üzük təklifi 1470-ci illərdən varlı təbəqənin üzvləri arasında yayılmağa başlamışdı. Ancaq, 19-cu əsrdən artıq o qədər də bahalı imtiyaz olmadığı üçün ümumi get-gedə ənənə halını alırdı.
Tək dizi üstə çöküb təklif etmə məsələsinin tarixi bir qədər qarışıqdır. Ola bilsin ki, bu cür təklif olunma üsulu orta əsrlərdən qaynaqlanır. Belə ki, bir kişi dizi üstə çöküb təklif etdiyi zaman xidmət etməsi üçün yaradılmış və əldə oluna bilməyən (bu səbəbdən də evlənilə bilinməyən) xanımına öz bağlılığını göstərirmiş. Ümumiyyətlə, xidmətkarlıq və heyranlıq göstəricisi olan bu cür təklifin 19-cu əsrdən əvvəl olması barədə çox az sübut var.
Qadın “mülk” rolunda və “uzun il” (366) təklifi
Ənənəvi evlilik təklifinin digər xüsusiyyətləri öz əhəmiyyətini getdikcə itirir. Qadın bərabərliyinin artması ilə artıq bəylərin gəlinin atasından onunla evlənmək üçün icazə alması sanki qadının bir mülk kimi bir kişidən digər kişiyə keçməsi kimi qələmə verilir və dəbdən düşür.
Evlilik təklifinin yazılmamış qanunu onu göstərir ki, kişilər təklif mərhələsində üstün rolu götürməli və təklif edən tərəf olmalıdırlar. “Uzun il” təklifi məsələsi isə daha çox 1816-cı ildə bir qəzetin şahzadə Şarlottanın öz həyat yoldaşına həmin ilin “uzun il” olmasından ötrü, istisna olaraq evlilik təklif etməsilə bağlıdır. Bundan sonra hər uzun ildə qadınların kişilərə evlilik təklif etməsi müşahidə olunurdu.
19-cu əsr araşdırmaçıları bu məsələ barədə öz fərziyyələrini irəli sürürlər: bir qismi bunun irland əfsanəsindən qaynaqlandığını və Müqəddəs Petriklə Müqəddəs Bricetin razılaşmasından yarandığını iddia etdiyi halda, digər bir qism 13-cü əsrdə şotland şahzadəsi tərəfindən qəbul olunan qanuna əsaslandığını iddia edir. Necə başladığı dəqiq bilnməsə də 20-ci əsrdən sonra marketinq məqsədlərilə istifadəsi bunu adi bir hala çevirib və artıq “uzun il” boyu yox yalnız 29 fevral tarixində qadınlar təklif edən tərəf qismində çıxış edirlər.