Azərbaycanın Latviyadakı Səfirliyi, COVID-19 dönəmində maddi yardım.

1437
0
Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Latviyaya gəlişimdən bir neçə gün qabaq bir dostum bura gələndən sonra səfirliyə gedib, oranın əməkdaşlarıyla tanış olmağımı tövsiyyə etmişdi. Gələndən 40-45 gün sonra oktyabrın ortalarında yaşadığım, Riqa Texniki Universitetinin yataqxanasından piyada 20 dəqiqə məsafədə olan “Raina bulvaris 2” küçəsində yerləşən səfirliyimizə getdim. Heç bir vacib səbəb yox idi. Sırf tanışlıq üçün. Bu xarici ölkədə ilk təcrübəm olduğundan hər hansı səfirlikdə də ilk dəfə idi olurdum. Səbəb demişkən yaxşı qarşılanmayacağım təqdirdə ən azı 2 əlaqəli quruma vəziyyəti bildirəcək məktub yazacaqdım. Belə şeylərdə qəti tərəddüd etmirəm. Ancaq, səfirliyimizin konsulu Azər Şirinov (vətəndaşları konsul qarşılayır) yaxşı sayılacaq səviyyədə qarşıladı məni. Ölkədə hələ yeni olduğum üçün, cavab ala biləcəyim bəzi suallar verdim, o da əlindən gəldiyi qədər cavab verməyə çalışdı. Söhbətimizin axırına yaxın səfirimiz haqqında (kimliyi, vəzifə müddəti) suallar verirdim. Biraz sonra təklif etdi ki,  – “Əgər istəyirsənsə səfirimizin vaxtı olub-olmadığını öyrənim, uyğundusa tanış da ola bilərsən”. “Şad olaram” dedim və Respublikamızın Latviyadakı fövqəladə səlahiyyətli səfiri Cavanşir müəllim Axundovla tanış oldum. Biraz gəlişimdən, təhsilimdən və Latviyadakı vəziyyətdən danışdıq. Sonra da xudahafizləşib, ayrıldım səfirlikdən. Ondan sonra bayramda bayramlaşmağa, əhali sayımı olanda iştirak etmək üçün və bir də Xocalı Soyqırımı ilə bağlı dəvət etdikləri tədbirdə iştirak etmişdim.

Pandemiya dövrü başlayandan sonra mart ayının 14-ü Latviyada fövqəladə vəziyyət elan olundu. Sözsüz ki, Latviyadakı səfirliyimizin iş rejimi də dəyişmişdi. Aprel ayının ortalarında Latviya hökumətinin cari vəziyyətlə bağlı qəbul etdiyi qərarda Latviyada yaşayan xarici tələbələr də nəzərə alındığından (təəssüf ki, öz Respublikamız bu barədə heç bir qərar qəbul etməyib), icra qurumları universitet vasitəsilə xəbər verdilər ki, müraciət etmək lazımdır əgər maddi yardıma ehtiyacınız varsa. Göndərdiyiniz sənədlər əsasında durumunuz nəzərdən keçirələcək və uyğun görüldüyü təqdirdə maksimum 128 avro olmaq şərtilə fövqəladə vəziyyət bitənə qədər maddi yardım alacaqsınız. Ora müraciət etsəm də, ümumiyyətlə, heç bir cavab almadım. Səbəbini bu gün də bilmirəm. Ancaq, müsbət və ya mənfi cavab alanlar kifayət qədər idi və müsbət cavab alanlara 2 ay 120 avro dəyərində maddi yardım olunmuşdu.  Bu haqqda instagram səhifəmdə yazı da paylaşmışdım rzazadetural . Bir neçə gün sonra səfirlikdən mənə zəng olundu, (paylaşdığım yazı və ya Latviya dövlətinin yardımı ilə heç bir əlaqəsi yoxdur) vəziyyətimlə maraqlanıb, tələbələrə maddi yardım olunacağı xəbər verildi. Maddi yardım səfirliyə müraciət və vaxtında qarşılıqlı yardım edənlərə verilmişdi. Şəxsi fikrimə görə, maddi yardım olunmayan tələbələrdən bir qismi sırf düşüncələrinə və düşüncələrinin onları saldığı duruma görə bunu ala bilmədilər. Bu barədə youtube kanalımda danışmışam Azərbaycan səfirliyində qarşılanma və COVID – 19 dönəmində maddi yardım. Maddi yardım birdəfəlik idi. Məbləği açıqlamaq etik olmayacağından açıqlamaycağam.

Azərbaycan Respublikasının dünyadakı bütün səfirlikləri bu cür durumlarda və ümumiyyətlə, vətəndaşlarla daima maraqlanmalı, onları təşkilatlandırmalıdırlar. Təşkilatlanmaq və həmrəylik, ölkə xaricində, daxildə olduğundan qat-qat daha vacib olur. Biz, təəssüf ki, əksər hallarda bir çox qərarlarımızı şəxsi münasibətlər fonunda veririk. Halbuki, dövlət və vətəndaş arasında müəyyən məsafə olmalı və bu məsafə daim gözlənilməlidir. Sıravi polisindən, xaricdəki diplomatına qədər. Xaricdə bu məsafənin nisbətən azalmasını başa düşmək olar. Daxildə gedən proseslər xaricdə yaşayan vətəndaşların səfirliklərə olan münasibətinə birbaşa təsir etdiyindən, xaricdə yaşayan diplomatların, xüsusilə, qarşılıqlı münasibət və əlaqələr çərçivəsində tam peşəkarlardan ibarət olması gərəkdir.

Yeri gəlmişkən, bu yazıdan bir neçə gün qabaq, iyul ayının 9-da Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı günü kimi qeyd olunurdu. Bu yazı vasitəsilə, ürəyində vətən, millət sevgisi daşıyan və bu amalla çalışan bütün diplomatik xidmət orqanları əməkdaşlarını və diplomatları təbrik edir, gələcək fəaliyyətlərində uğur və həmrəylik arzulayıram.

Riqa Texniki Universitetində Magistr

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu