Etiraf və Tövbə

167
0
Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Heç vaxt xristian azərbaycanlı və ya azərbaycan dilində danışan biriylə ünsiyyətim olmadığından, olsa da din haqqında danışmadığımızdan, bu dindəki bir hadisənin və ya hərəkətin bizim dildəki adını təəssüf ki, tapa bilməmişəm. Bizim dildə “günah yuma” ola biləcəyi ağlıma gəlir, ancaq, əmin deyiləm. İngilis dilində “confession” deyilir bu hadisəyə və təxminən “etiraf” kimi tərcümə olunur, hansı ki, daha uyğun görünür.

İslamdasa “tövbə” var. İkisinin arasında konkret hansı oxşarlıq və fərqlər var bunu dəqiq bilmirəm. Amma gümanım odur ki, hər ikisi özünə etirafla bağlıdır. Prosesin baş verməsi üçün, fərd elədiyi səhvi və ya günahı (bütün səhvlərin günah olub olmaması da ayrı məsələdir) özünə etiraf etmiş olmalıdır. İşin qəribəsi özünə etirafdan sonra bəlkə də adı çəkilən ayinlərin heç birinə ehtiyac olmamasıdır. Ya da bu yalnız dini inancı olanlar tərəfindən bir vəzifə kimi yerinə yetirilir. Vəzifə yerinə yetirilir ki, yüngülləşmə necə deyərlər “halal” olsun ya da ədalətli.

Tövbə bir qədər və mənim bildiyim qədər söz vemədir həm də. Yəni tövbə edən adam tövbə etdiyi şeyi bir daha təkrarlamayacağını vəd etmiş olur Tanrıya. Ya ona inamından ya da özünə inamsızlığından. Günah yumada belə bir şey var ya yox, bilmirəm, ancaq, həm də prosesin adından da görünən odur ki, burada günahı və ya səhvi bir də təkrar etməyəcəyinə vəd yoxdur.

Əlbəttə, etiraf asan proses sayıla bilməz. Ona görə də fərd, bunu təkrarlamamaq üçün ya da bir gün yenə də təkrarlaya bilsin deyə etiraf etdiyi şeyi etmir, etməməyə cəhd edir. İstənilən halda özünə etirafın çətinliyi güman ki, etiraf olunan və ya olunacaq şeyin xüsusiyyətindən, nə olmasından asılıdır, ancaq ciddiliyi, əgər gerçəkdirsə səlisdir. Çünki, etiraf etmək üçün əmin olmaq, əmin olmaq üçün bilmək, bilmək üçün başa düşmək, başa düşmək üçün başa düşə bilmək gərəkdir.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu