Biznes İnformatikası – 2-ci hissə. Metamorfoz

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

İndi deyəcəksiz, axı, necə olur sən iqtisadiyyatı seçirsən, ancaq, bu, sonradan “biznes informatikası”na çevrilir?! Mən əvvəllər bunu hətta cinayət hesab eləyirdim. Sonradan bu fikrimi dəyişdim. Buna 2 səbəb var idi. Azərbaycan reallığını qəbul edib, özümün də bunu dəyişəcək iqtidarda olmaması və daha sonra “biznes informatikası” ixtisasının daha gələcək yönümlü olub və perspektiv vəd etməsi. Bu qənaətə elə ilk ildəcə gəlmişdim. Sonralar bu qənaətin doğru olduğunu da gördüm. Beləki, bu ixtisasda keçilən fənlər həm biznes yönümlü həm də texnoloji əsaslarda idi. İxtisasın xüsusiyyətləri haqqında daha sonra, ancaq indi bu ixtisasın başına bu oyunu gətirən sistem haqqında.

Deməli, hər müəyyən müddətdən bir Nazirlər Kabineti Azərbaycanda, universitetlərdə tədris olunacaq ixtisasların siyahısını tərtib edib onu təsdiqləyir. Bunlardan son ikisi 2009 və 2019-cu illərdə olmuşdu. Əslində bunları bilməyimin də səbəbi universitetin son ili bu cəfəngiyyatın yaranma səbəbini öyrənib, onu həll etmək üçün Təhsil Nazirliyi və universitetimiz arasında “tədqiqata” başlamağım idi. Bu məsələni, onu danışa biləcəyim sistemdə yer tutmuş demək olar ki, hər kəslə danışmışdım. Məktublar yazdım, görüşlərə girdim. BA proqramlarının rəhbəri professor Rafiq Əliyev və Təhsil Nazirinin müavini Firudin Qurbanlı da bu sırada idi.

Sözün düzü

Düzünü desəm verilən cavabların heç biri məni qane etmədi. Heç kim bu cür prosesin necə baş verməsini ya başa düşmürdü ya da özünü başa düşmürmüş kimi aparırdı. Heç nə fayda vermədi. Rafiq müəllimlə danışığımızda məni inamsızlığa sürükləyən hissə, onun iqtisadiyyat ixtisası ilə biznes informatikasını eyniləşdirməyə çalışması, Firudin bəylə olan danışığımızda isə cənab müavinin indiki dünyada diplomun çox da əhəmiyyətli olmamasını deməsi idi. Biriylə razı deyildim birisə məni məyus eləmişdi. İqtisadiyyat və biznes informatikası fərqli ixtisaslardır. İkincisi informasiya texnologiyalarına yaxındır və hətta ona aiddir. Diplomların əhəmiyyətinə gəldikdə isə, deyəsən o doğru idi.

Riqadan dönəndən sonra diplomun tanınmasına cəhd etməmişəm, çünki hələki ehtiyac yaranmayıb. Əgər ehtiyac yaranarsa, problem çıxması ehtimalı böyükdür. Problem çıxarsa müzakirələrin ikinci raundu başlayacaq.

“Biznes İnformatikası” ixtisası – 1-ci hissə. Bu ixtisasa necə başladım?

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu