Britaniyalı əsgərin müharibədən məktubu
“Əziz Ana, bu məktubu səngərdən yazıram. Səhər saat 11-dir. Səngərdə yerlər palçıqlıdır, ancaq, qalan hər yer donub. Dodağımda Şahzadə Merinin hədiyyə elədiyi qəlyan var. Qəlyanın içində də tütün. Deyə bilərsən, başqa nə olacaqdı ki?! Ancaq tələsmə. Qəlyandakı alman tütünüdür. Deyə bilərsən, ya əsirdən ya da tutduğumuz səngərdən tapmışam. Yox, əzizim! Alman əsgərdən. Hə! Canlı alman əsgəri öz səngərindən verib. Dünən britaniyalılarla almanlar səngərlərin arasındakı ərazidə görüşüb əl sıxışdılar. Bir-birlərinə suvenirlər verib görüşdülər. Bütün milad bayramı gününü beləcə yazdığım kimi keçirtdik”.
Henri Uilyamson, 19 yaşlı sıravi Britaniya əsgəri və gələcək yazıçı.
Foto-şəkil 1-ci dünya müharibəsi ərəfəsində, Belçika, Ploqstirtdə çəkilib.
Ploqstirtdə müharibə qurbanlarının xatirəsinə qoyulmuş abidə.