Neçə Universitet Bitirməyiniz Əhəmiyyətli Deyil

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Taksiyə minirsən, sürücü acı bir söhbətə başlayır. Ölkənin vəziyyətindən başlayıb, ya qırmızı diplomunu ya da iki universitet bitirdiyini elan edir. Həyatın acı üzündən, ölkədəki ədalətsizlikdən filan dəm vurub, taksi işlədiyinə təəssüflənir. Danışıq tərzindən, danışdıqlarından bəllidir xüsusi istedada sahib olmadığı, yəqin ki, daha ciddi ölkədə yaşasa heç taksi də işləyə bilməz. Axı, taksi sürücüsü həm də şəhəri, onun küçələrini tanımalı, müəyyən etik qaydaları bilib müəyyən normalara cavab verməlidir.

Ancaq, kifayət qədər biliyə sahib adamların xəyallara qapılıb məsuliyyətdən azad olmaq üçün lazım olan şirin yalanı həm özlərinə sırıya bilmək həm də digərlərinə ümid işığı olmaq üçün bu düşüncələri yaymasını anlamaq mümkün olsa da qəbul etmək alınmır. Biznes İnformatikası yazımın ikinci hissəsində danışdığım Təhsil Nazirinin müavini ilə görüşümdə aldığım cavab təhsilin başında duranların da vəziyyətdən yaxşı xəbərdar olduğunu göstərirdi. Ancaq, yəqin ki, ağıllı davranıb oyunu oynamağı seçirlər.

Bəs önəmli olan nədir?

Diplom indi qəti cəlbedici məhsul deyil. Harada oxumağınızın, neçə universitet bitirməyinizin, diplomunuzun rənginin gətirdiyi üstünlüklər və hətta bizim ölkəmiz kimi nümunələrdə imtiyazlar da var, ancaq, bu iş tapmaq üçün əsas deyil. Diplom sayı və görünüşü yalnız xüsusi nümunələrdə əsas ola bilər iş tapmaq üçün. Məsələn, Azərbaycanda hər hansı tanışınız və ya qohumunuz vasitəsi ilə işə girmək istəyərsiniz, sizi işlə təmin etməyə kömək edəcək adama sizin diplomlarınızın forması, rəngi, materialı əsaslandırma üçün, sizin işə layiq olduğunuzu göstərmək üçün kömək edir. Özəl qurumda, peşəkarlıqla işləyən, hər şeyi yüz ölçüb bir biçən yerlərdə diplom sizin köməyinizə çatmır. Yalnız 2 şey səhnəyə çıxır. Bilikləriniz və bacarıqlarınız. Bunların dərəcəsinə və onları istifadə etmə məharətinizə görə qiymətləndirilirsiniz.

Accenture” şirkətində təcrübə proqramında başlayanda məndən heç kim diplom filan istəməmişdi. Bilib, bilmədiyimi, öyrənmə və qavrama bacarığımı yoxlamışdılar.
Accenture Latvia building in Riga

Xüsusilə, ölkəmizdə olduğu kimi işləməyə, yerindən tərpənməyə çətinlik çəkən yekə qarın qanunların olduğu yerlərdə universitetin əhəmiyyəti lap azalır. Məsələn, məcburi hərbi xidmət aradan qalxdığı an universitetlərin çörəyi azalacaq. Böyük bir kütlə üçün universitet öz əhəmiyyətini itirəcək. 23-24 yaşında və ya daha sonra qərar verə biləcəklər azad və sərbəst şəkildə universitet istəyib istəmədiklərinə.

Universitetdə alına bilinməyən təhsili ingilis dilini öyrənəndən sonra sizdən ayda 25-30 dollar istəyib əvəzində böyük bir material bombardımanı edib xüsusi yol xəritəsi ilə yönləndirib istədiyiniz sahəni sizə öyrətmə bacarığına sahib onlayn kurslar nəyə desəniz bəsdir.

Tövsiyyə

Mənim bu gün universitetə hazırlaşanlara tövsiyyəm bir də düşünmək, universitetdə olanlarasa ingilis dilini hər şeyi asan qavrayacaq şəkildə öyrənib, özünə bu günün tələblərinə uyğun bir ixtisas seçib, sonra həmin ixtisasla bağlı yaxşı bir onlayn kursla onu öyrənib, daha sonra kiçik mütəxəssis ( “junior” ) kimi haradasa işə başlayıb təcrübə toplamalarıdır. Bu mümkün yoldur.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu