Markusdan Ceyms Din haqqında xatirə

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

İlk xatırladığım vaxtlardan Ciminin bizimlə yaşadığını bilirəm. Anasının ölümündən sonra bizə köçəndə 9 yaşı var idi. Mən 3 il sonra doğulmuşdum, ona görə də mənə böyük qardaş kimi idi. O mənim anama, yəni, öz atasının bacısına ana deyirdi.

O hamı kimi normal uşaq idi. Mənimlə oynayar, döşəmədə elektrikli qatarı quraşdırar ya da məni öz motosiklında dondurma mağazasına aparardı. Mən qabaqda oturar, motosiklın rıçaqlarından tutardım. Bu oyuncaq yarış maşınını o mənə almışdı. Çox mehriban və əyləncəli idi. Çox yaxın idik. Mənə Marki deyirdi. “Cimi” və “Ceyms Din” tamam fərqli adamlar idi. Cimi qəti üsyankar deyildi. Əksinə, qayğıkeş, istiqanlı və incəsənətlə etdiyi hər şeydə uğurlu. Amma onun ulduz olacağı heç kimin ağlından keçmirdi.

17 yaşı olanda Kaliforniyaya köçdü. Aktyorluq karyerası başlayanda əvvəl oradan, daha sonra isə Nyu-Yorkdan bizə məktub göndərir, nə vaxt televizorda olacağını deyirdi (o vaxtlar xeyli seriala çəkilirdi). O həm də rəssam idi. Skeçlər, foto-şəkillər, yağlı və sulu boya ilə rəsmlər çəkirdi. Atası vəkil olmasını istəyirdi.

Bu şəkil Denis Stokun “Life” jurnalı üçün çəkdiyi foto-şəkillər seriyasındandır. O Ciminin Nyu-Yorkda, Holivudda və Feyrmontda şəkillərini çəkmişdi. Bir axşam atam onu və Denisi dəmiryol vağzalından götürüb bizə gətirmişdi. Anam bizim üçün şam hazırlamışdı. 11 yaşım var idi. Mənə görə o, həmin köhnə Cimi idi. Atamasa bir az həyəcanlı görünmüşdü. Sağollaşanda dedi ki, bir neçə həftəyə qayıdacaq. Bu onunla son görüşümüz idi.

(Eingeschränkte Rechte für bestimmte redaktionelle Kunden in Deutschland. Limited rights for specific editorial clients in Germany.) Dean, James – Actor, USA*08.02.1931-30.09.1955+- Portrait- around 1950- Published by ‘B.Z.’ 27.10.1956 (Photo by ullstein bild/ullstein bild via Getty Images)

Onun indi də böyük fanat kütləsi var. Məncə, insanlar bunu onun şəxsi həyatı, anasını uşaq yaşda itirməsi ilə əlaqləndirirlər. “Edenin Şərqi” və “Səbəbsiz Üsyançı” filmlərinin ikisi də ailələri ilə münaqişədə olan yeniyetmələrlə bağlıdır və xeyli insan bu təcrübəni yaşayıb.

“Ceyms Dinin bibisi oğlu Markusla” – Denis Stok (1955)

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu