Korrupsiyalaşmış cəmiyyət: yola verənlər və yola verilənlər

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Korrupsiyalaşmış cəmiyyət sözünü, xüsusilə, qərb tərəfdə tez-tez işlədirlər. Korrupsiya sözü bizə də doğmadır, ancaq, biz “cəmiyyət”i çıxdaş edir, fərdlərə köklənirik. Çünki, cəmiyyət sözü özümüzü də işə salır. Bu isə arzuolunmaz ssenaridir. Deyirik ki, “filan yerdə korrpusiya var”, “korrpusiya evimizi yıxıb”, üstəlik rüşvəti korrupsiyayla eyniləşdirənlər, və sairələr və ilaxırlar. Amma cəmiyyətin korrupsiyalaşması anlayışı mənə daha isti gəlir. Yəqin ki, adətən adam nəyinsə içində olanda isinməyə başlayır. Hər nə qədər korrupsiya bəzən rüşvətlə asosasiya olunsa da rüşvət bu işin əsas, ancaq, onlarla kökündən bircəciyidir. Bu yazıda rüşvətlə bağlı heç nə yoxdur. Söhbət korrupsiyalaşmaqdan gedir. Fərdlərin, daha sonra cəmiyyətin korrupsiyalaşmasından.

Yazının adını qoyanda “yola vermək” ifadəsi korrupsiyalaşmanın ana fikri kimi çox uyğun gəldiyi üçün onu seçdim. Daha doğrusu ondan istifadə etdim.

Yola verməyin ilk mənası mənə elə gəlir ki, müsbətdir. Məsələn, siz münaqişədə olduğunuz kimisə ya elə dostunuzu, birlikdə olduğunuz adamı münaqişənin səbəb ola biləcəyi od-alovun içindən xilas etmək üçün yola verirsiniz. Söz yox ki, bu da bir çox insani fəaliyyətlər kimi qarşılıqlı və ya iki tərəflidir. Siz həm də yola verilirsiniz. Hərfi mənada bu ifadəyə yaxınlaşanda adamın lap qanı qaynıyır. Çünki belə yaxınlaşmada bu ifadənin həm də hərəkəti təmin etməsi aydın olur. Yoldan çıxanı, çıxmaq üzrə olanı yola verib, hərəkəti təmin edirsən.

İkinci məna, daha doğrusu yanaşma korrupsiyalaşmanın başlanğıcıdır. Fərdi olaraq etməli olduğunuz, sizi inkişaf etdirəcək, sizə qazandıracaq həmin əziyyətli işi ya da məsuliyyəti sizin üzərinizdə olan tapşırığı icra edərkən, onu yola verməkdən çəkinmədiyiniz an, siz də korrupsiyalaşırsınız. Fərdi səviyyədə olan hissəsinə ola bilsin ki, “mənim azadlığım” deyib, qarışmağa imkan verməyəsiniz, ancaq, sizdən başqa ən az 1 nəfərə təsir edən işi görərkən, sırf hərəkəti təmin etmək üçün, sürəti artıraraq, dayanıb, görməli olduğunuz işi görməkdən boyun qaçırırsınızsa, korrupsiyalaşırsınız. İşi görmək belə kifayət etmir, onu əlinizdə olan bütün imkanlardan istifadə edərək ən yaxşı formada etmirsinizsə yenə  korrupsiyalaşırsınız.

Yaşadığımız bu əcaib cəmiyyət, Azərbaycan cəmiyyəti korrupsiyalaşmış cəmiyyətdir. Korrupsiyalaşmamış fərdlər var, ola bilər, amma cəmiyyət korrupsiyalaşıb. Öz mənfəəti naminə başqasına badalağ gələn hər kəs bu işin bir ucundən möhkəm tutur. Korrupsiyalaşma ən yuxarıda tüğyan elədiyindən ( höküməti nəzərdə tuturam ), aşağıdakı heç kimə dərs keçilə bilinmir. Sistem korrupsiyalaşanda altında qalırsınız.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu